BİZNES

Büdcə üçün yük olan dövlət şirkətlərinin borc limiti açıqlandı

Dövlət müəssisələrinin (“Azərbaycan Hava Yolları” QSC, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), “Cənub Qaz Dəhlizi” QSC və s.) 2021-ci ildə ödənilməsi nəzərdə tutulan dövlət zəmanətli borclarının həcmi təqribən 900 milyon manat təşkil edir.

“Report” xəbər verir ki, bu barədə 2021-ci il dövlət büdcənin layihəsində qeyd edilib.

Məlumatda həmçinin bildirilir ki, bu müəssisələr tərəfindən öhdəliklər yerinə yetirilmədiyi halda, dövlət zəmanəti üzrə ödəniş öhdəliyi yaranır və dövlət büdcəsinə əlavə yük yaradılır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)