TURİZM

AZAL-ın Bakı-İstanbul reysi ləğv olunub

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bu gün saat 09:10-da Bakıdan Türkiyənin İstanbul şəhərinə yerinə yetirməli olduğu J2 177 reysi ləğv olunub.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb.

Məlumata görə, həmin aviareysin sərnişinləri İstanbula AZAL-ın bu gün saat 11:50-də həyata keçirəcəyi J2 175 reysi ilə yola salınacaq.

Bununla belə, hava limanından uçuşun hansı səbəbdən baş tutmadığı açıqlanmayıb.

AZAL-dan isə “Report”a bildirilib ki, sözügedən aviareys sərnişinlərin sayının az olması ilə əlaqədar ləğv edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)