Azərbaycanda koronavirusa yoluxma sayı azaldı: 35 nəfər vəfat etdi
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına daha 2 961 yeni yoluxma faktı qeydə alınıb, 4 317 nəfər sağalaraq evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 35 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 202 088 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 139 779 nəfər müalicə olunaraq sağalıb, 2 210 nəfər vəfat edib, aktiv xəstə sayı 60 099 olub.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 515, bu günə qədər isə ümumilikdə 2 063 754 test icra olunub.