Hadisə

"Keçmiş baş konsul jurnalist Camal Qaşıqçının qətlində iştirak edib"

"Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulu jurnalist Camal Qaşıqçının qətlində iştirak edib".

BI” xəbər verir ki, bu Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fəxrəddin Altunun “Reuters”ə yazılı açıqlamasında qeyd olunub.

Açıqlamada jurnalistin qatillərini təhvil vermək barədə sorğuya Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Əl-Cübeyr tərəfindən verilən cavabın “məyus edici” olduğu qeyd olunub.

Jurnalisti qətlə yetirmək məqsədilə Səudiyyə Ərəbistanından kəşfiyyat qrupunun Türkiyəyə gəldiyini vurğulayan F.Altun bu məsələdə baş konsulun da əli olduğunun anlaşıldığını diqqətə çatdırıb: "Qətldə əli olan şəxsləri təhvil verməkdən imtina edən Səudiyyə Ərəbistanı bununla da cinayəti ört-basdır etmək ehtimalını gücləndirir. Bu məsələ beynəlxalq hüquq çərçivəsində həllini tapmalıdır".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)