Hindistan Pakistana hücum etdi

Pakistan Ordusunun sözçüsü tərəfindən verilən açıqlamaya görə, Hindistan raketlərlə Pakistanı hədəfə alıb.
Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr İdarəsinin (ISPR) baş direktoru general-leytenant Əhməd Şərif Çaudri bildirib ki, Pakistan Hindistanın raket hücumlarına öz seçdiyi vaxt və yerdə cavab verəcək.
Çaudri Hindistanın bir müddət əvvəl Azad Cammu və Kəşmir əyalətinin Kotli və Müzəffərabad və Pəncab əyalətinin Bahavalpur şəhərlərinə bu hücumları həyata keçirdiyini və hücumda bir məscidin də hədəf alındığını bildirib.
Hindistanın verdiyi açıqlamaya görə, Pakistandakı terror infrastrukturu hədəf alınarkən, Pakistanın hərbi obyektlərinə hər hansı hücum həyata keçirilməyib.
Hindistan ordusu Pakistan və Pakistanın nəzarətində olan Azad Kəşmir bölgəsində "hədəflər"ə qarşı hərbi əməliyyata başladığını açıqlayıb.
Hindistanın verdiyi açıqlamaya görə, 9 nöqtə hədəf alınıb.
Pakistan 48 saat ərzində hava məkanını bağladığını, Hindistan isə hücumda 3 nəfərin öldüyünü, 12 nəfərin yaralandığını bildirib.
Pakistan Müdafiə Nazirliyi Hindistanın hücumunun terrorçuların düşərgələrinə deyil, mülki əhalinin yaşadığı ərazilərə yönəldiyini bildirib.
Pakistan 3 Hindistan döyüş təyyarəsinin və bir pilotsuz təyyarənin vurulduğunu bildirib
Pakistanın Federal İnformasiya, Yayım, Milli İrs və Mədəniyyət naziri Attaullah Tarar Hindistan ordusuna aid 3 döyüş təyyarəsi və bir pilotsuz təyyarənin vurulduğunu açıqlayıb.
Tarar X sosial media hesabından Hindistanın raket hücumları ilə bağlı açıqlama verib.
Hücumlara cavab olaraq Pakistanın 3 Hindistan döyüş təyyarəsi və bir pilotsuz uçan aparatını vurduğunu qeyd edən Tarar, "Pakistan Hindistanın təcavüzünə yaraşan şəkildə cavab verdi" deyib.
Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr İdarəsinin (ISPR) baş direktoru general-leytenant Əhməd Şərif Çaudri Hindistanın Pakistana raket hücumu həyata keçirdiyini bildirib.
Çaudri hücumların Azad Cammu və Kəşmir əyalətinin Kotli, Müzəffərabad və Bağ rayonlarında, Pəncab əyalətinin Bahavalpur və Muridke rayonlarında həyata keçirildiyini bildirib.
İlkin məlumata görə, Pakistanda biri uşaq olmaqla 3 nəfər ölüb, 12 nəfər yaralanıb.