Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/nizami83/public_html/includes/Parser.php on line 129
İcbari Sığorta Bürosuna ödəniləcək məbləğlər müəyyən edildi – QƏRAR | ENA.az
Sığorta

İcbari Sığorta Bürosuna ödəniləcək məbləğlər müəyyən edildi – QƏRAR

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti İcbari Sığorta Bürosuna ödənilməli olan iştirak haqqının və təminat depozitinin məbləğlərinin müəyyən edilməsi barədə Qərar qəbul edib.

İcbari Sığorta Bürosunun iştirakçısı olmaq üçün müraciət etmiş sığortaçının ödəməli olduğu iştirak haqqının məbləği 200 min manat həcmində müəyyən edilib.

İcbari Sığorta Bürosunun iştirakçısı olmaq istəyən sığortaçının Büroya birdəfəlik olaraq ödəməli olduğu təminat depozitinin məbləği isə müvafiq icbari sığorta növləri üzrə aşağıdakı kimi müəyyən edilib:

Daşınmaz əmlakın icbari sığortası üzrə – 100 min manat;

Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə – 100 min manat;

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə – 200 min manat;

Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə – 100 min manat;

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə – 100 yüz min manat.

Qərara əsasən, İcbari Sığorta Bürosunun iştirakçısı olmaq istəyən dövlət qeydiyyatının ərazi aidiyyəti Naxçıvan Muxtar Respublikasına aid olan və nəzərdə tutulmuş icbari sığorta növləri üzrə sığorta müqavilələrini Naxçıvanda yerləşən daşınmaz əmlaklara və dövlət qeydiyyat nişanı Naxçıvanın rayonlarına aid olan nəqliyyat vasitələrinə münasibətdə iştirak haqqının və təminat depozitinin məbləğləri nəzərdə tutulmuş məbləğlərin yarısı miqdarında müəyyənləşib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department