Birja

Neft yenidən bahalaşdı: 9 ayın ən baha satış müqavilələri imzalanıb

ABŞ Energetika Nazirliyinin keçən həftə ölkədəki neft ehtiyatlarında azalma elan etməsindən sonra standart neft qiymətləri bahalaşmağa davam edir.

İnvestorların nikbinliyi ABŞ iqtisadiyyatını dəstəkləmək üçün yeni tədbirlərin razılaşdırılmasında irəliləyiş ilə də əlaqələndirilir.

London ICE Futures birjasında Brent markalı neftin fevral fyuçerslərinin dəyəri cümə axşamı günü 10:00-a qədər 51,59 dollar/barel təşkil edir ki, bu da əvvəlki sessiyanın sonundakı qiymətdən 0,51 dollar (1,02%) yüksəkdir. Çərşənbə günü edilən ticarət nəticəsində bu müqavilələr 0,31 dollar (0,6%) artaraq bir barel üçün 51,08 dollara yüksəlmişdi.

New York Ticarət Birjasında (NYMEX) elektron ticarətdə yanvar ayı üçün WTI xam neftinin fyuçerslərinin qiyməti bu vaxta qədər 48,28 dollar/ barel təşkil edib ki, bu da əvvəlki ticarət səviyyəsindən 0,46 dollar (0,96%) çoxdur. 

MarketWatch qeyd edir ki, hər iki marka üzrə müqavilələr doqquz aydan çox müddətdə ən yüksək səviyyədə bağlandı.

ABŞ Enerji Nazirliyinin məlumatlarına görə, ölkədə ticari neft ehtiyatları ötən həftə 3,14 milyon barel azalıb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)