Avtomobil

Azərbaycanda avtomobil istehsalı azaldı: ehtiyatda xəmi 188 avtomobil var

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 329 milyon manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 41,2 %, sair nəqliyyat vasitələrinin istehsalı 47,5 %, maşın və avadanlıqların istehsalı isə 8 % artıb.

Bu ilin 11 ayı ərzində Azərbaycanda 1 642 ədəd minik avtomobili istehsal olunub. Bu ötәn ilin müvafiq dövrü ilә müqayisәdә 430 әdәd və ya 20,8% azdır. Bu il dekabrın 1-nə ölkədə 188 ədəd hazır avtomobil ehtiyatı yaranıb.

Bu ilin ötən dövrü ərzində ölkədə 300 ədəd traktor da istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 64,8 % azdır. Bu il dekabrın 1-nə ölkədə 144 ədəd hazır traktor ehtiyatı yaranıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)