Elm və Texnologiya

Google və Youtube çökdümü? - Bütün dünyada bu xidmətlər dayandı

Hazırda dünyada həm YouTube, həm də digər Google servisləri çökmüş durumdadır. Email ünvanları və Google servislərinə girmək mümkün deyil.

ENA.az xəbər verir ki, Google servisləri ilə birlikdə YouTube da bir az əvvəl kəsildi. Dünyadakı demək olar ki, bütün Google xidmətləri hazırda əlçatan deyil.

Hazırda YouTube-a daxil olmağa çalışan istifadəçilər "Something went wrong..." mesajı ilə qarşılaşırlar. Eynilə, digər Google xidmətləri ilə müxtəlif giriş problemləri var.

Google Analytics və Google AdSense kimi Google-a bağlı bir çox xidmətə daxil olmaq çətindir.

Google, Twitter hesabından etdiyi şərhdə, Google serverlərindəki problemlərdən xəbərdar olduqlarını ifadə edərək, "Google bu kritik problemləri həll etməyə çalışır", - deyə qeyd edilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)