Birja

Neft vaksinlərin təsdiqi fonunda bahalaşır - QİYMƏT

Neft qiymətləri bazar ertəsi günü qalxmağa başlayıb. Səbəb isə Pfizer və BioNTech şirkətlərinin COVID-19 peyvəndini hökumətin təsdiq etməsi ilə bağlıdır. Bu  ilk növbədə investorların nikbinliyini artırır və neftə tələbatın yüksəlməsi deməkdir. 

Bundan əlavə, keçən bazar günü Səudiyyə Ərəbistanının Ciddə limanının yaxınlığında bir tankerin partladılması bölgədə yeni gərginlik yaranması qorxusunun artmasına səbəb olub.

London birjasında ICE Futures birjasında fevral Brent neftinin bazar ertəsi günü səhər 9:20-dək qiyməti 50,38 dollar / barel təşkil edir ki, bu da əvvəlki sessiyanın sonundakı qiymətdən 0,41 dollar (0,82%) yüksəkdir. 

New York Ticarət Birjasında (NYMEX) elektron ticarətdə WTI xam neftinin yanvar ayı fyuçerslərinin qiyməti bu vaxta qədər 46,9 dollar / barel təşkil edib ki, bu da əvvəlki ticarət səviyyəsindən 0,33 dollar (0,71%) çoxdur. 

Ötən həftənin sonuna Brent 1,5%, WTI 0,7% bahalaşdı. Son bir həftədə, hər iki brendin satış qiymətləri 4 martdan bəri ən yüksək səviyyəni əks etdirir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)