Qarabağ

Azərbaycan Ordusu erməni təxribatına cavab verdi

Erməni tərəfi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində atəşkəs rejiminin pozulması ilə müşayiət olunan təxribat əməlləri törədib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Azərbaycan Silahlı Qüvvələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Hal-hazırda atəşkəs rejiminə riayət olunur", - deyə məlumatda bildirilir. 

Xatırladaq ki, Ermənistan ordusunun qalıqlarının Ağoğlan qəsəbəsində (keçmiş Hadrut) terror aktları törətmələri barədə məlumatlar yayılıb. Bölgədə atəşkəsin pozulmasını öz növbəsində Rusiya tərəfi də təsdiqləyib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)