Müvəqqəti komendantlıqların vəzifələrinə dəyişiklik edidi - FƏRMAN
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Fərmana əsasən, müvəqqəti komendantlıqların fəaliyyət göstərdikləri ərazilərdəki vəzifələrinə dəyişiklik edilib.
Beləliklə, hərbi vəziyyətin ləğv edilməsi ilə əlaqədar hərbi vəziyyət rejiminin təmin olunması üçün “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş digər tədbirlərin həyata keçirilməsi müvəqqəti komendantlıqlar fəaliyyət göstərdikləri ərazilərdəki vəzifələri sırasından çıxarılıb.