Hadisə

İrəvanda polislərlə etirazçılar arasında yenidən toqquşma oldu

İrəvanın mərkəzində baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazçılar və polis arasında yenidən qarşıdurma yaşanıb.

“İnterfaks” yazır ki, polis İrəvanın Opera Teatrının yaxınlığında Fransa Meydanında mitinq keçirilməsinə icazə verməyib, bir çox insan polis tərəfindən saxlanılıb.

Son məlumatlara görə saxlanılanların sayı 100-ü keçib. 

Qeyd edək ki, noyabrın 10-na keçən gecə Ermənistan baş naziri, Rusiya və Azərbaycan Prezidentlərinin atəşkəs və sülhməramlıların Dağlıq Qarabağa köçürülməsi, eləcə də işğal olunmuş ərazilərin Azərbaycana təhvil verilməsinə dair bəyanat imzalamasından sonra İrəvanda kütləvi etirazlar başlayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)