Bank Respublika “YAŞAT” Fonduna 200 min manat köçürdü
Bankın yaydığı məlumata görə, son 30 ildə Azərbaycan xalqının başlıca məqsədi və arzusu işğal altında olan ərazilərin azad edilməsi olmuşdur. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan ordusu bu arzumuzu gerçəkləşdirdi.
Cəsur əsgərlərimiz Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında əsl qəhrəmanlıq nümayiş etdirdilər. Təəssüf ki, düşmənlə döyüşlərdə əsgər və zabitlərimiz arasında şəhid və yaralanlar oldu.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək vermək üçün, Azərbaycan Respublikası Prezidentinin 08 dekabr 2020-ci il tarixli Fərmanı ilə “YAŞAT” Fondu yaradıldı.
Hər zaman olduğu kimi dövlətimizin və xalqımızın yanında olduğunu bəyan edən Bank Respiblika “YAŞAT” Fonduna 200 000 manat məbləğində pul vəsaiti köçürüb.
Biz əminik ki, işğaldan azad olunan torpaqlarımızda üç rəngli bayrağımız bundan sonra əbədi dalğalanacaq!
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!