Hadisə

Baydenin oğlunun Çindəki işgüzar münasibətləri araşdırılır: Söhbət milyonlardan gedir

ABŞ-ın Nyu York ştatının Cənub dairəsinin səlahiyyətliləri Cozef Baydenin oğlu Hanterin maliyyə işlərini yoxlayır.

“RİA Novosti” yazır ki, bu barədə “Politico” nəşri istintaqın gedişi ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.

Daha əvvəl kiçik Bayden Delaver ştatının səlahiyyətlilərinin onların ödədiyi vergiləri araşdırdığını bildirmiş, ilkin məlumatlara görə, ABŞ prezidenti seçilən ata Bayden isə oğluna dəstək verdiyini açıqlamışdı. “Fox News” telekanalının məlumatına görə, ABŞ Ədliyyə Nazirliyi istintaq çərçivəsində Baydenin oğlunun Çindəki işgüzar münasibətlərini araşdırır.

“Politico”nun mənbələrinə istinadən qeyd etdiyi kimi, Delaverdən əlavə, Nyu York Cənubi dairəsinin Qiymətli kağızlarla fırıldaqçılıqla mübarizə şöbəsi Hanter Baydenin maliyyə işlərini araşdırır. Nəşrin həmsöhbətinin dediyinə görə, keçən ilin əvvəlində Vaşinqton və Delaverdəki müstəntiqlər Hanter Baydenin mümkün çirkli pulların yuyulması və xarici əlaqələrini araşdırıblar.

ABŞ-ın hazırkı prezidenti Donald Tramp daha əvvəl Çinin Baydenlə bağlı istintaqa başlamalı olduğunu bildirmişdi. Buna qədər isə Tramp kiçik Baydenin Ukrayna və Çindən milyonlar aldığını söyləmişdi. KİV isə 2013-cü ildə Cozef Baydenin vitse-prezidentliyi dövründə Hanterin onu Pekin ziyarətində müşayiət etdiyini bildirib. Bəzi məlumatlara görə, Hanter Pekində Çinin özəl birbaşa investisiyalar fondunun (BHR) rəhbəri Conathan Linin atası ilə görüşməsini təşkil edib. “The NewYorker”in yazdığına görə, Cozef Baydenin müşavirləri bu cür işgüzar səfərlər zamanı oğlunun belə biznes görüşmələrinin vitse-prezidenti tənqid hədəfinə çevirəcəyindən narahat olublarmış.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)