Tenderlər

Bir dövlət qurumu digərindən 300 min manatlıq xidmət alacaq - TENDERİN NƏTİCƏSİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq proqramının təkmilləşdirilməsi üzrə məsləhət xidmətlərinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Vahid dövlət satınalmaları portalına yerləşdirilən tenderin nəticəsinə görə, qalib İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzidir. 

Dövlət agentliyi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə bunun üçün 300 min manat ödəyəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)