Sənaye

Neft bahalaşır - QİYMƏT

Dünya birjalarında neftin qiyməti artıb.

ENA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində "WTI" neftinin qiyməti 0,27 ABŞ dolları və ya 0,59% artaraq 45,79 dollar təşkil edib.

ICE London qitələrarası birjasında "Brent" markalı neftin qiyməti isə 0,24 dollar və ya 0,49% artaraq 49,10 dollar təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department