COVİD-19-a yoluxduqdan 6 gün sonra xəstədə baş verən dəyişikliklər
Qrip və kəskin respirator virus infeksiyalarında olduğu kimi koronavirusda da yoluxmadan altı gün sonra xəstənin vəziyyəti yüngülləşir.
ENA.az xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda”ya rusiyalı tibb elmləri namizədi, ən yüksək kateqoriyalı virusoloq Anna Demina bildirib.
O, buna baxmayaraq əzginlik, burun tıxanıqlığı və yüngül öskürəyin daha uzun müddət davam edə biləcəyini deyib.
COVID-19-u ağır keçirən xəstələrə gəldikdə isə virusoloq bildirib ki, onlarda xroniki xəstəliklər şiddətlənə bilər.
“Qızdırma salan dərmanlar ya təsir etməyəcək, ya da zəif təsir edəcək. Xəstədə həmçinin sinə ağrısı və ya nəfəs almaqda çətinlik yarana bilər”, - deyə Anna Demina bildirib.
Onun sözlərinə görə, bu kimi hallarda təcili tibbi yardım tələb olunur.