Vakansiyalar

Kapital Bank işçilər axtarır - VAKANSİYA

Ümumi məlumat

Kapital Bank namizədləri Problemli Kreditlərin İlkin Təqibi Departamentinin İntensiv təqib şöbəsinin kiçik mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• Problemli borcalanlar və onların zaminləri ilə əlaqə saxlamaq
• Təhlim olunmuş portfelə gündəlik nəzarət etmək
• Problemli borcalanların kredit borclarını restrukturizasiya etmək
• Əməkdaşa təhkim olunmuş kredit portfeli üzrə borcların yığımını təmin etmək
• Növbəti mərhələdə yığım həyata keçirəcək əməkdaşlara zəruri olacaq qeydlərin toplanması və ötürülməsi
• Problemli kreditlərin sağlamlaşdırılması istiqamətində digər tədbirlər görmək və s.

Tələblər

• Vətəndaş qüsursuzluğuna malik olma
• Təhsil: Ali
• Təcrübə: Mütləqdir
• Kompyuter biliyi: MS Office proqramlarında işləməyi bacarmalı
• Dil bilikləri: azərbaycan, rus (arzu olunan)
• Komandada işləmək bacarığı.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

***

Ümumi məlumat

Kapital Bank namizədləri Risklərin İdarə Edilməsi Departamentinin Kredit Risklərinin İdarə Edilməsi şöbəsində Aparıcı mütəxəssis/Baş mütəxəssis vəzifələrinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• Anderraytinq və Kollekşn modellərinin hazırlanması, tətbiqi və təkmilləşdirilməsini həyata keçirmək;
• Yaradılan yeni kredit məhsulları üzrə potensial risklərinin müəyyən edilməsi və təkliflərin verilməsi;
• Stress-test modellərinin hazırlanmasında, tətbiq edilməsində və nəticələri ilə bağlı təkliflərin verilməsi;
• Mərkəzi Bankın tələblərinə və IFRS standartlarına uyğun olaraq aktivlərə ehtiyyatların yaradılması və nəzarət;
• Kredit əməkdaşlarının mükafatlandırma sisteminin daimi qiymətləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
• Risk limitlərinin hesablanmasına dair təkliflər verilməsi və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi;
• Fəaliyyəti ilə bağlı nəticələrin hesabatlılığının rəhbərliyə təqdim edilməsi;
• Statistik modellərin hazırlanması.

Tələblər

• İqtisadi və ya hüquqi sahə üzrə ali təhsil;
• Yüksək ünsiyyətqurma qabiliyyəti;
• Fikrin strukturlaşdırılması və düzgün mətnləşdirilməsi qabiliyyəti;
• Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;
• Bank əməliyyatları və biznes prosesləri barədə biliklər;
• İri həcmli məlumat bazası ilə işləmək və SQL kodlaşdırmanın edilməsi (Əlavə statistik proqram biliyi arzu olunandır RpythonSASTibco və.s);
• Risklərin idarə edilməsi sahəsində aparıcı mütəxəssis üçün minimum 2 il, baş mütəxəssis üçün isə minimum 3 il iş təcrübəsi.

CV-lərinizi, mövzu hissəsində “Kredit risklərinin idarə edilməsi şöbəsinə Aparıcı mütəxəssis/Baş mütəxəssis” qeyd etməklə recruitment@kapitalbank.az e-mail ünvanına göndərə bilərsiniz.

***

Maliyyə menecment Departamentinin Analitika şöbəsinin Baş mütəxəssisi/ Meneceri

Kapital Bank namizədləri Maliyyə menecment Departamentinin Analitika şöbəsinin Baş mütəxəssisi/ Meneceri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• Bankın gəlir xərc mərkəzlərinə nəzarət və hesabatlığın təmin olunması;
• Məhsullar və biznes istiqamətləri üzrə performans təhlillərinin aparılması;
• Yeni biznes istiqamətləri üzrə qiymətləndirilmənin aparılması, biznes modelin tərtib olunması;
• Riyazi və statistik üsullardan istifadə edərək məlumatların təhlil olunması;
• Müəyyən edilmiş müxtəlif maliyyə göstəriciləri üzrə mütəmadi olaraq Bankın fəaliyyətini təhlil edilməsi və bu barədə rəhbərliyin məlumatlandırılması;
• Şöbənin funksiyasından irəli gələn digər funksiyaları icra edilməsi.

Tələblər

• Ali təhsil;
• Sahə üzrə ən azı 3 illik iş təcrübəsi
• Əla səviyyədə Azərbaycan dili biliyi, orta səviyyədə inglis dili və rus dili;
• Kompyuter biliyi: yüksək səviyyədə MS Office bilikləri, SQL (MSSQL, T-SQL);
• Yüksək analitik qabiliyyət;
• Təşkilatçılıq və rəhbərlik qabiliyyəti;
• Məsuliyyətlilik, operativlik və qərarvermə qabiliyyəti;
• Beynəlxalq praktikada qəbul edilən digər bilik və keyfiyyətlər. (CFA arzuolunandır).

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

***

Maliyyə menecment Departamentinin Strategiya Və Büdcə şöbəsinin Baş mütəxəssisi/ Meneceri

Kapital Bank namizədləri Maliyyə menecment Departamentinin Strategiya və Büdcə şöbəsinin Baş mütəxəssisi/ Meneceri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• Bankın qarşısına qoyduğu strateji hədəflərə nəzarətin təmin olunması, bu hədəflər ilə əlaqədar təhlillərin aparılması
• Bankın qarşısına qoyduğu maliyyə modelinin və strateji hədəflərin struktur bölmələrə uyğun performans göstəriciləri olaraq paylaşdırılması
• Bankın müxtəlif Struktur Bölmələri/Sahələri üzrə Performansın İdarəedilməsi ilə əlaqədar davamlı təhlillərin aparılması, hədəflərin müəyyənləşdirilməsi və ölçülməsi
• Yeni biznes istiqamətləri üzrə qiymətləndirilmənin aparılması, biznes modelin tərtib olunması;
• Riyazi və statistik üsullardan istifadə edərək məlumatların təhlil olunması;
• Müəyyən edilmiş müxtəlif maliyyə göstəriciləri üzrə mütəmadi olaraq Bankın fəaliyyətini təhlil edilməsi və bu barədə rəhbərliyin məlumatlandırılması;
• Şöbənin funksiyasından irəli gələn digər funksiyaları icra edilməsi.

Tələblər

• Ali təhsil;
• Sahə üzrə ən azı 3 illik iş təcrübəsi
• Əla səviyyədə Azərbaycan dili biliyi, orta səviyyədə inglis dili və rus dili;
• Kompyuter biliyi: yüksək səviyyədə MS Office bilikləri, SQL (MSSQL, T-SQL);
• Yüksək analitik qabiliyyət;
• Təşkilatçılıq və rəhbərlik qabiliyyəti;
• Məsuliyyətlilik, operativlik və qərarvermə qabiliyyəti;
• Beynəlxalq praktikada qəbul edilən digər bilik və keyfiyyətlər. (CFA arzuolunandır).

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

***

Ümumi məlumat

Kapital Bank namizədləri Nəzarət Departamentinin Operativ nəzarət şöbəsinin mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:

Öhdəliklər

• Bankın Bakı şəhəri və bölgələrdə olan filial, şöbə və digər struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsi, risklərin müəyyən edilməsi və azaldılması məqsədi ilə sahəvi, kompleks, tematik yoxlamaların aparılması;
• Yoxlama prosesində bank fəaliyyətinin qanunvericilik və tənzimləyici orqanların normativ xarakterli aktları və göstərişlərinə uyğunluğu, adekvat daxili nəzarət sistemlərinin mövcudluğu, aktivlərin qorunması və uçot məlumatlarının düzgünlüyü və s. istiqamətdə qiymətləndirilməsi və nəticələrinə dair təkliflərin verilməsi;
• Yoxlamaların nəticələrini dəstəkləyə biləcək məlumatların toplanılması, analiz və şərh edilməsi, sənədləşdirilməsi. Yoxlama hesabatlarının hazırlanması və təqdimatının həyata keçirilməsi;
• Biznes proseslərin təhlili, qiymətləndirilməsi və optimallaşdırılması ilə bağlı təkliflərin verilməsi;
• İri həcmli məlumat bazası ilə işləmək və SQL kodlaşdırmanın tətbiq edilməsi;

Tələblər

• İqtisadiyyat, maliyyə, biznes idarəçiliyi üzrə ali təhsil və bank sahəsində ən azı 1 illik iş təcrübəsi; və ya
• Digər ixtisas üzrə ali təhsil və bank sahəsində 3 illik iş təcrübəsi;
• Daxili audit, risk, daxili nəzarət, maliyyə menecmenti və əməliyyat sahələrində çalışmış namizədlərə üstünlük verilir;
• Yüksək analitik düşüncə və problemləri həlletmə bacarığı;
• Komanda tərkibində işləmə qabliyyəti;
• Liderlik, təşəbbüskarlıq, məsuliyyətlilik və dəqiqlik kimi keyfiyyətlərə sahiblik;
• Yüksək səviyyədə MS Excel və SQL bilikləri (bu namizədlərə üstünlük verilir);
• Əla səviyyədə Azərbaycan dili biliyi, Rus və İngilis dili biliyi arzuolunandır;
• Audit, risk, nəzarət sahəsində təcrübə arzuolunandır;
• Mütəmadi ezamiyyətlərdə ola bilmə imkanı;

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

***

Ümumi məlumat

Kapital Bank namizədləri Risklərin idarə edilməsi departamentinin ERM və əməliyyat risklərinin idarə edilməsi şöbəsinə Aparıcı / Baş mütəxəssis vəzifələrinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• Starteji hədəflərə gedən yolda yarana biləcək potensial əməliyyat risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi üçün təkliflərin verir və qərarların qəbul edilməsində iştirak edir;
• Əməliyyat risklərinin idarə olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflər verir və bu istiqamətdə həyata keçirilən tədbirlərdə iştirak edir;
• Əməliyyat risklərinin idarə edilməsi prosesində lazımi hesabatlıqların tərtib edilməsi, əsas risk indikatorlarına dair məlumatların toplanması və analizlərin həyata keçirilməsi;
• Yaradılan yeni məhsul və xidmətlər üzrə potensial əməliyyat risklərin müəyyən edilməsi və təkliflərin verilməsi;
• Bankın filial və baş ofis struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədilə monitorinqlərin həyata keçirilməsi və təkliflərin verilməsi;
• Bankın riskləri üzrə risk xəritəsini yaradılması və davamlı nəzarət prosesinin həyata keçirilməsi;
• Daxili insident menecment sistemin yaradılması üçün təkliflər verilməsi və həyata keçirilməsi.
• İnsident menecment sistemdə qeyd olunmuş məlumatların struktur bölmələrdən toplanılması və səbəblərin araşdırılması;
• Bankda risk mədəniyyətinin yüksəldilməsi məqsədilə filial və baş ofis struktur bölmələrində maarifləndirmə işlərinin həyata keçirilməsi;

Tələblər

• Vətəndaş qüsursuzluğuna malik olma.
• Təhsil: Ali iqtisadi və ya maliyyə təhsili.
• Təcrübə: Zəruri minimum iş təcrübəsi 3 il, bank sektorunda 2 il, Funksiya üzrə 1il
• Kompyuter biliyi: Microsoft Office (Word, Excel, Power Point, Outlook), SQL
• Dil bilikləri: Azərbaycan, İngilis, Rus dili (əla səviyyədə)
• Digər tələblər: Texniki –analitik biliklər
• Qanunvericilik, sənədləşmə biliyi: Bank qanunvericiliyi, “Banklarda risklərin idarə olunması haqqında” Qaydalar, AR MB-nin digər normativ aktları, MBNP-nin normativ aktları ilə tanış olmaq

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

***

Ümumi məlumat

Kapital Bank namizədləri Qiymətli Kağızlar Portfeli Riskləri üzrə Analitik – aparıcı və baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• Yerli və xarici qiymətli kağızlar və pul bazarları üzrə risk təhlillərinin aparılması, risklərin qiymətləndirilməsi;
• Strukturlaşdırılmış və riskləri qiymətləndirilmiş qiymətli kağızlar və pul bazarı portfeli yaratmaq üçün Bankın digər departamentləri ilə əməkdaşlıq edilməsi;
• Fəaliyyətlə bağlı hesabatların hazırlanması;
• Bazar riskləri sahəsində araşdırılma aparılması.

Tələblər

• İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ali təhsil;
• Qiymətli kağızlar haqqında yüksək bilik;
• Ümumi bazar risklərinin idarə edilməsi, risk metrikləri, maliyyə məhsulları, nəzəriyyə və anlayışları haqqında əla biliklər.

Üstünlük verilən bilik və bacarıqlar

• Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;
• CFA və ya FRM sertifikatlarına sahib olma arzuolunandır;
• Əla səviyyədə praktiki Excel bacarıqları;
• Python və SQL-də proqramlaşdırma təcrübəsi arzu olunandır;
• İngilis dili biliklərinin olması mütləq, Rus dili bilikləri arzuolunandır;
• Müvafiq olaraq aparıcı və baş mütəxəssis vakansiyaları üçün bazar risklərinin idarə edilməsi sahəsində minimum 2 və 3 il iş təcrübəsi.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

***

Ümumi məlumat

Kapital Bank namizədləri Pərakəndə Biznesə Dəstək Departamentinin Müştəri Müraciətləri Texniki Dəstək şöbəsi şöbəsinin kiçik mütəxəssisi/ Mütəxəssisi vəzifələrinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• Filial və şöbələrdə məhsul və xidmətlərin göstərilməsi zamanı,
• Bankın balansında yarana biləcək düzəliş ehtiyaclarının
• Bankın Əməliyyat sistemlərində manual icra olunması, mühasibatlıq düzəlişlərin aparılması;
• Dövrü olaraq riyazi və statistik üsullardan istifadə edərək şöbə üzrə icra olunan proseslərin təhlil olunması;
• İcra etdiyi proseslər üzrə təkmilləşdirmə ehtiyaclarının müəyyən edilməsi və bu ehtiyaclara dair müvafiq sahələrin məlumatlandırılması;
• Şöbənin funksiyasından irəli gələn digər funksiyaları icra edilməsi.

Tələblər

• Maliyyə sahəsi üzrə ali təhsilin olması
• Maliyyə sahəsi üzrə və ya Bankda ən azı 1 illik iş təcrübəsi
• Əla səviyyədə Azərbaycan dili biliyi, orta səviyyədə inglis dili və rus dili;
• Kompyuter biliyi: yüksək səviyyədə MS Office bilikləri;
• Xüsusilə MS Excell bilikləri və SQL bilikləri arzuolunandır;
• Məsuliyyətlilik, operativlik və qərarvermə qabiliyyəti;

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department