Elm və Texnologiya

Mask insanın Marsa göndərilməsinin təxmini vaxtını açıqladı

"SpaceX”in qurucusu Elon Mask yaxın altı ildə insanları Marsa göndərəcəyini vəd etdi.

Bu barədə sahibkar Berlində Aksel-Şpringer mükafatının təqdimatı tədbirində bildirib.

“Yüksək bir ehtimalla, altı il içində bunun həyata keçiriləcəyini düşünürəm. Şanslıyıqsa, bəlkə də dörd ildən sonra” – Mask deyib.

O qeyd edib ki, artıq yaxın iki il ərzində Marsa komandasız kosmik gəmisini göndərmək planlaşdırılır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)