2021-ci ildə şirkət rəhbərləri bu keyfiyyətlərə sahib olmalıdırlar – TƏDQİQAT
2021-ci ildə şirkətin baş direktoru üçün əsas peşəkar bacarıqlardan biri də komanda qurmaq və onun inkişaf etdirə bilməkdir.
ENA.az xəbər verir ki, “Hays” rekrutinq agentliyi tərəfindən sorğu edilən beynəlxalq şirkətlərin top-menecerlərinin 97%-i belə düşünür. Qeyd edək ki, ümumilikdə tədqiqatda 206 nəfər iştirak edib.
Respondentlərin 91%-i strateji planlaşdırma bacarığını, 33%-i isə risklərin idarə edilməsi qabiliyyətini qeyd edib, 28% dinləmək bacarığına vurğu edib, 21% böhran zamanı şirkəti idarə etməyi, digər 21% isə layihə idarəçiliyini üstün sayıb.
Sorğu iştirakçıları həmçinin liderin əsas keyfiyyətlərinə çevikliyi və ya “soft skills” daxil edib. Respondentlərin 79%-i top-menecer üçün ən vacib yumşaq bacarığın qərar qəbul etmə və üzərinə məsuliyyət götürmə qabiliyyəti olduğunu düşünür. 76% komandaya rəhbərlik etmək bacarığını, 67% dəyişən şəraitə uyğunlaşma qabiliyyətini, 40% şirkət daxilində və xaricində əlaqələri uğurla qurma bacarığını, 19% öz mövqeyini tanıtmaq və müdafiə etmək qabiliyyətini, daha 19% çevikliyi və diplomatiyanı vurğulayıb. Və top-menecerlərin yalnız 1%-i komanda üzvlərinin fərqli fikirlərini eşitmək və təhlil etmək qabiliyyətini vacib bacarıq kimi qiymətləndirib.
“2020-ci ilin göstərdiyi kimi, qlobal karantin tamamilə gözlənilmədən gələ bilər, buna görə də bu gün liderin əsas səriştəsi komandaya rəhbərlik etmək və insanları qeyri-müəyyənlik şəraitində həvəsləndirmək, eyni zamanda qlobal tendensiyaları başa düşmək, böhran vəziyyətində fürsətləri görə bilmək və qısa zamanda gözə çarpmayan həll yolları tapa bilməkdir. Top-menecerlərin 48%-i gələn il onlar üçün əsas problemin müştəri uğrunda yüksək rəqabət olacağını hesab edir, 43% büdcə kəsiri ilə üzləşməyə hazırlaşır, 39% investisiyaların azalmasına və alternativ variantlar tapmaq zərurətinin ortaya çıxmasına inanır, 33% yeni layihələrin dondurulacağını proqnozlaşdırır.
Tədqiqatın nəticələrinə görə, sorğu iştirakçılarının 64%-i önümüzdəki beş ildə CEO funksionallığının əsas ünsürlərindən biri kimi tanıtım kanallarına yenidən baxılması olacağını düşünür. 61% bunun böhrana qarşı mübarizə olacağını, daha 61% əsas funksiyasını biznesin şaxələndirilməsində, 43% – yeni bazara çıxmaqda, 42% – yenidənqurmada görür. 15% bunun proseslərin lokallaşdırılması olacağına inanır və yalnız 10% əsas vəzifənin biznesin rəqəmsal transformasiyanın olacağını hesab edir.