Hadisə

Rusiyada azərbaycanlı iş adamı həbs edildi - ZAVODUNDA SAXTA İÇKİ HAZIRLAYIRMIŞ

Moskvada azərbaycanlı iş adamı Asif Babayev həbs edilib.

BI” “Mash” teleqram-kanalına istinadən xəbər verir ki, iş adamının rəhbərlik etdiyi zavodda saxta içki hazırlanırmış. Üstəlik gizli sexdə miqrantlar çalışırmış.

Hüquq-mühafizə orqanının əməkdaşları zavodda 77 min şüşə saxta içki aşkarlayıblar.

A.Babayev haqda iki maddə üzrə cinayət işi başlanıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)