İcra başçısı ölməyib, vəziyyəti ağırdır - Xəstəxanadan açıqlama
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyevin dünyasını dəyişməsi ilə bağlı məlumat yalandır.
Bu barədə Trend-ə icra başçısının müalicə aldığı tibb müəssisəsindən məlumat verilib. Müəssisədən qeyd ediblər ki, V.Tağıyev hazırda tibb müəssisəsində müalicəsini davam etdirir: "İcra başçısının vəziyyəti ağırdır. Amma onun dünyasını dəyişməsi ilə bağlı məlumat yalandır".