Baş nazir ofşor zonaları ilə bağlı siyahıya dəyişiklik etdi
Baş nazir Novruz Məmmədov “Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin səhmdarı ola bilməyən şəxslərin qeydiyyata alındığı ofşor zonaların Siyahısı”nın təsdiq edilməsi barədə” qərara dəyişiklik edib.
"BI" xəbər verir ki, Nazirlər Kabinetinin 2017-ci il 6 yanvar tarixli 1 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 1, maddə 115) ilə təsdiq edilmiş “Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin səhmdarı ola bilməyən şəxslərin qeydiyyata alındığı ofşor zonaların Siyahısı”nın 9-cu və 17-ci hissələri ləğv edilib.