İnşaat və əmlak

Dövlətə məxsus avtomobillər hərraca çıxarılır: qiymətlər 4000 manatdan başlayır

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfinfən 22 dekabr 2020-ci il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısını təqdim edib. Siyahıda Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərüffatına məxsus olan 11, Qəbələ RİH-nin 1 və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin iki avtomobili özəlləşdirməyə çıxarılıb.

S/N Balanssaxlayıcı müəssisənin adı Avtonəqliyyat vasitəsinin markası Buraxılış ili Start qiyməti (manatla) 10% beh (manatla)
1 DIN  Avtomobil Təsərrüfatı QAZ-3110 2008 4000 400
2 DIN  Avtomobil Təsərrüfatı QAZ-31105 2008 4000 400
3 DIN  Avtomobil Təsərrüfatı QAZ-31105 2008 4000 400
4 DIN  Avtomobil Təsərrüfatı UAZ-31519-017 2008 10000 1000
5 DIN  Avtomobil Təsərrüfatı UAZ-374102 2007 8000 800
6 DIN  Avtomobil Təsərrüfatı BMW 2006 10000 1000
7 DIN  Avtomobil Təsərrüfatı BMW-320 2006 8000 800
8 DIN  Avtomobil Təsərrüfatı FIAT Doblo 2008 4000 400
9 DIN  Avtomobil Təsərrüfatı FIAT Doblo 2008 4000 400
10 DIN  Avtomobil Təsərrüfatı FIAT Doblo 2008 4000 400
                        11 DIN  Avtomobil Təsərrüfatı FIAT Linea 2010 6000 600
                        12 Qəbələ Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik Hyundai Sonata 2002 6000 600
                        13 DŞAK Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Mitsubishi Galant 2006 8000 800
                        14 DŞAK Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Volkswagen Paratti 2005 5000 500

 

Qeyd: Sifarişlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud  e–emdk.gov .az elektron portalı vasitəsilə  hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)
(tel:566-07-44)

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)