Sağlamlıq

Evdə müalicə alan COVID-19 xəstələrinin sayı açıqlanıb

Azərbaycanda evdə müalicə olunan koronavirus xəstələrinin sayı açıqlanıb.

ENA.az xəbər verir ki, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarət Şöbəsinin müdiri Nəzifə Mürsəlova bildirib ki, həmin şəxslərin sayı 30 787 nəfərdir.

“2 691 nəfərə yeni diaqnoz qoyulub. Bakı şəhərində 41 COVID-19 məntəqəsi var”, o vurğulayıb.

N. Mürsəlova əlavə edib ki, ölkədə süni tənəffüs aparatları kifayət qədərdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)