Azərbaycanda əmlakın siyahıya alınması qaydasında YENİLİK
![](https://ena.az/uploads/news/2020-11/_ena_f2ab811bc021e5c1c3e23968b_o.jpg)
Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Milli Məclisin qəbul etdiyi qanunu təsdiqləyib.
ENA.az xəbər verir ki, dəyişikliyə əsasən, Məcəllənin əmlakın siyahıya alınması ilə bağlı 89-cu maddəsinin 13-cü bəndinə əlavə edilib.
Bu əlavə markalanmış əmlaklarla yanaşı, məcburi nişanlama ilə nişanlanmalı olan, ancaq nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış əmlakların da siyahıya alınması qaydasını müəyyən edir.