Bu ölkə koronavirus testi müsbət çıxanlara 645 dollar ödəyəcək
Honkonq hökuməti Covid-19 testi müsbət olan insanlara 5 000 Honkonq dolları ödəyəcək.
ENA.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hökumətin qida və sağlamlıq məsələləri üzrə katibi Sofia Chan bildirib.
Qeyd edildiyi kimi, ödəniş bir dəfə olacaq. Ümumiyyətlə, Honkonq hökumətinin belə bir addım atmaqda əsas məqsədi təcrid olunmaqdan və gəlirini itirməkdən qorxan insanlara dəstək olmaqdır. Dəstək sxeminin təfərrüatları və detallar Honkonq Əmək və Sosial Müdafiə Bürosu tərəfindən təqdim ediləcək. Önümüzdəki həftələrdə səlahiyyətlilər şəhərin müxtəlif yerlərində daha beş test mərkəzi açacaqlar.
Xatırladaq ki, iki gün əvvəl Honkonq yoluxma hallarının artması səbəbindən yeni məhdudiyyətlər elan etmişdir. Belə ki, şənbə günü Honkonqda 43 yeni yoluxma qeydə alınıb ki, bu da çox üç ayda maksimum göstəricidir. Üstəlik, 13 nəfərdə yoluxma mənbəyini tapmaq mümkün olmayıb. Bununla əlaqədar olaraq, iki həftəlik karantin rejimi yenidən bərpa edilib.