Mehmetçik Azərbaycana gəlir - Hulusi Akar açıqladı
![](https://ena.az/uploads/news/2020-11/_ena_a527e8b2a86dbeba19cb1a686_o.jpg)
Ən yaxın zamanda Mehmetçik vəzifəsini icra etmək üçün Azərbaycana gedəcək”.
“ENA” xəbər verir ki, bu barədə Türkiyənin Milli müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında məlumat verib.
O qeyd edib ki, məsələylə bağlı Quru Qoşunları Komandanlığı işini tamamlayıb:
“Azərbaycana əsgər göndərilməsiylə bağlı qanun layihəsi Milli Məclisdə təsdiq edildi. Artıq proseslər tamamlanıb. Hava qüvvələri də əsgərləri aparmaq üçün hazırdır”.