Avtomobil

Dünyanın iki lüks avtomobil istehsalçısına eyni şəxs rəhbərlik edəcək

Almaniyanın avtomobil nəhəngi - “Volkswagen Group”un tərkibindəki “Lamborghini” şirkətinin CEO-su Stefano Domenikali “Formula 1” yarışmasının prezidenti təyin edildikdən sonra sözügedən lüks markanın yeni rəhbəri məlum olub.

ENA.az xarici mətbuata istinadən xəbər verir ki, bundan sonra “Lamborghini”yə “Volkswagen Group”un digər lüks markası “Bugatti”nin Ceo-su Stefan Vinkelman rəhbərlik edəcək.

O, həm də indiki vəzifəsində qalacaq. Başqa sözlə, dünyanın iki lüks avtomobil istehsalçısına eyni şəxs rəhbərlik edəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)