Vakansiyalar

İnnovasiyalar Mərkəzi işçi axtarır - VAKANSİYA

“İnnovasiyalar Mərkəzi” MMC - İnnovativ layihələr üzrə menecer

Vəzifənin məqsədi:

İnnovasiyalar sahəsi üzrə layihələrin idarə edilməsini və koordinasiyasını təşkil etmək.

Vəzifə öhdəlikləri

- Müxtəlif innovasiya layihələrinin həyata keçirilməsi üzrə təkliflərin verilməsində və icrasında iştirakı təmin etmək;
- İnnovasiya fəaliyyəti üzrə startapların inkişafı üçün zəruri ekosistemin təmin edilməsi üçün təkliflərin verilməsində iştirak etmək və layihələrin həyata keçirilməsində iştirak etmək;
- Müxtəlif mövzularda inkubasiya, akslerasiya proqramlarının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
- İnnovasiyaların inkişafı üzrə uğurlu beynəlxalq təcrübənin öyrənilməsi və ölkədə tətbiqi ilə bağlı təkliflər vermək;
- Bölmənin fəaliyyət istiqamətlərinə uyğun olaraq innovasiyalar üzrə vahid məlumat bazası, metodologiya və digər platformalarının yaradılması üzrə təkliflərin verilməsində və hazırlanmasında iştirak etmək;
- Sahə üzrə müxtəlif yerli və beynəlxalq tədbirlərin, hakatonların, seminarların təşkilatçılığında iştirak etmək.

Tələb edilən bilik, bacarıq və təcrübə

- Layihələrin idarə olunması üzrə ən azı 3 illik təcrübə;
- İnnovasiyalar və innovativ layihələrlə iş üzrə təcrübə;
- Strateji planlaşdırma və vizyon müəyyən etmə qabiliyyəti;
- Araşdırma və yüksək analitik bacarıqlara sahib olmalı;
- Stresə davamlılıq və komandada işləmək bacarığı;
- Yüksək təşkilatçılıq və liderlik xüsusiyyətləri;
- Təşəbbüskarlıq və Kreativ düşüncə qabiliyyəti;
- Tənqidi düşüncə qabiliyyəti;
- İngilis dili və Rus dili (yüksək səviyyədə).

Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək.

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini 07 dekabr 2020-ci il tarixinədək t.mirzayeva@icenter.az elektron ünvanına email-in mövzu hissəsində “İnnovativ layihələr üzrə menecer” yazaraq göndərmələri xahiş olunur.

Yalnız vəzifənin tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxanılacaqdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department