Mərkəzi Bank banklardan yığacağı manatın həcmini artırdı
Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 16-da depozit hərracı keçirəcək.
"Mərkəzi Bank noyabrın 16-da keçirəcəyi depozit hərracında 14 gün müddətinə 200 milyon manat cəlb etməyi nəzərdə tutur”, - deyə məlumatda bildirilir.
Cəlb olunan vəsaitlər üzrə faiz dərəcəsi 6,01%-6,49% təşkil edir.
AMB depozit hərraclarının keçirilməsinə 2016-cı ilin iyun ayında başlayıb.