Mövlud Çavuşoğlu: “İşğal edilmiş torpaqların hamısı Azərbaycana veriləcək”
![](https://ena.az/uploads/news/2020-11/_ena_021a9e84b9e10d3a61d924c06_o.jpg)
“İşğal edilmiş Azərbaycan ərazilərinin tamamı Azərbaycana veriləcək. Digər tərəfdən, bu razılaşmanın altında Ermənistan rəhbərinin imzası varmı? Var”.
ENA.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu noyabrın 12-də Bakıda keçirdiyi brifinqdə bildirib.
“Biz daha öncə atəşkəs imzalamışıq, yenə pozarıq desələr, o zaman bədəlini ödəyərlər. Burada Azərbaycan qan tökməyə həvəsli deyil, hər nə qədər himnində “həm qadirik, həm hazırıq” deyirsə, Azərbaycan bu işin sülh yolu ilə çözülməsi üçün çox səbir edib”, - o qeyd edib.