Elm və Texnologiya

Yeni smartfon kamerası təqdim olunub

“Xiaomi” şirkəti smartfon üçün yeni hərəkətli kamera yaratdıqlarını açıqlayıb.

ENA.az xəbər verir ki, “Xiaomi Developer Conference”də (Xiaomi İxtira Konfransı) təqdim edilən yeni kameranın daha böyük diafraqması sayəsində 4 dəfə artıq işıq keçirdiyi, nəticədə toranlıqda çəkilən şəkillərin daha keyfiyyətli çıxdığı bəlli olub.

Bununla yanaşı, sabitləşdirmə sisteminin də təkmilləşdirilməsi nəticəsində əldə edilən təsvirlər daha səlis, çəkilişlər zamanı qüsurlar isə az olacaq.

Yeni cihazın nə zaman kütləvi istehsal olunacağı bildirilmir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department