Rəqəmsal Ticarət Qovşağına yeni - RƏHBƏR TƏYİNATI
Azərbaycanın Rəqəmsal Ticarət Qovşağına yeni rəhbər təyin olunub. ENA.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) yeni kadr təyinatı olub.
İİTKM-in icraçı direktoru Vüsal Qasımlının əmri ilə İqtisadi təhlil və analitik- informasiya departamentinin baş analitiki Məsumə Talıbova Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının (RTQ) rəhbəri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Məsumə Talıbova İİTKM-də 2016- cı ildən bəri fəaliyyət göstərir. O bu günə qədər İİTKM-də mütəxəssis, analitik, baş analitik vəzifələrində çalışıb. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyində də iş təcrübəsində malikdir.
M.Talıbova Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər üzrə bakalavr, Beynəlxalq Maliyyə üzrə magistr məzunudur. Hazırda Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində maliyyə sahəsi üzrə doktorantura təhsilini davam etdirir.