TURİZM

Dünyanın ən yaxşı restoranları - SİYAHI

Dünyanın ən yaxşı restoranlarının adları açıqlanıb.

"BI" xəbər verir ki, "TripAdvisor" saytı ən yaxşı restoranların reytinqini tərtib edib.

Reytinq ekspertlər tərəfindən aparılan 2018-ci ildə dünya üzrə iaşə müəssisələri haqqında rəy və qiymətləndirmələrin təhlilinə əsaslanıb. 25 müəssisənin yer aldığı siyahıda ilk yeri Fransanın "Au Crocodile" restoranı tutur.

İkinci və üçüncü sıralarda müvafiq olaraq İspaniyanın "Martin Berasategui" və "El Celler de Can Roca" restoranları gəlir.

Siyahıya, həmçinin Çin və ABŞ-dan 2 və Meksika, CAR, Yeni Zelandiya, Tayland, Peru, Hindistan, Niderland, Argentina və Kanadadan 1 restoran daxildir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)