Vakansiyalar

WeGrow şirkətlər qrupu işçilər axtarır - MAAŞ 1500-2000 MANAT

WeGrow şirkətlər qrupu artıq 8 ildir Kənd Təsərrüfat sahəsində fəaliyət göstərir.

Şirkətlərimiz:

1. Zirə Aqro
2. BerryBlues
3. Consulting Group
4. Tomatosfera

Satış Meneceri

İş barədə məlumat

- Potensial müştərilərin tapılması üzrə axtarışların keçirilməsi. Əsasən Rusiya və Avropa Bazarı
- Yeni müştəriləri şirkətə cəlb etmək ( Ezamiyyələr ola bilər). Yüksək ünsiyyət bacarıqı
- Şirkətin Hazır ki müştəriləri ilə əlaqələrin gücləndirilməsi
- Meyvə Tərəvəz sahəsində yeniliklərlə daimi tanış olmaq
- Satışın həyata keçirilməsi və Kommersiya Təkliflərinin hazırlanması
- Rəhbərlik tərəfindən verilmiş tapşırıqların yerinə yetirilməsi
- İş qrafiki: Həftə içi 6 gün 09:30-dan 17:30-dək
- Əmək haqqı: 800-1000 AZN(əlavə olaraq satışdan bonuslar)

Namizədə tələblər

- Meyvə Tərəvəz və ya Kənd Təsərrüfat sahisəndə təcrübə arzuolunandı
- Yaş həddi 23-45
- Ali təhsilli
- Tələb olunan vakansiyaya uyğun iş təcrübəsinə malik (minimum 1 il)
- Ofis avandalıqarından sərbəst şəkildə istifadə bacarığı
- Dil biliyi: Azərbaycan dili və Rus dili. ingilis dili (arzu olunandı)
- Əzmkar və öyrənməyə daimi açıq olmalıdır
- Biznes email yazılışı və Excel biliyi önəmlidir

Xahiş edirik yalnız şəkilli cv-lərinizi qeyd olunan mail adresinə göndərəsiniz!

CV-nizi info@wegrow.az ünvanına göndərin.

***

WeGrow şirkətlər qrupu artıq 8 ildir Kənd Təsərrüfat sahəsində fəaliyət göstərir.

Şirkətlərimiz:

1. Zirə Aqro
2. BerryBlues
3. Consulting Group
4. Tomatosfera

İstixana Mühəndisi -Texnik

Tələb olunan iş Bacarığı:

a) İstixananın mexanika bölümünü dərindən araşdırmaq və düzgünlüyünü yoxlamaq;
b) İnşaat işlərinə, proseslərə və texniki xidmət işlərinə nəzarət etmək;
c) İstixananın İstehsalatın texniki hazırlığını təmin etmək;
d) Mövcud mühəndislik qeydlərinin hesabatını aparmaq;
e) Layihə şirkətlərindən təhvil alınan mexaniki layihələrin standartlara uyğunluğunu, sistemin tam şəkildəişləkliyini yoxlamaq və aşkar olunan problemli sahələri layihəçi şirkətlərə və öz rəhbərinə bildirmək;
f) Mexanika layihələri üçün seçilən cihaz və avadanlıqların seçiminin düzgünlüyünü yoxlamaq
g) Avandanlıqların fasiləsiz,texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə ,tələb olunan səviyyədə saxlanılmasını təmin etmək;
h) Layihənin sonunda son texniki dəyərləndirməni və yoxlanmanı yerinə yetirmək;
i) Mexanika avadanlıqlarının quraşdırılması və onların testini idarə etmək;
j) Yeni layihələrə cəlb olunduqda, mexanika sistemləri üzrə ilkin analiz və dəyərləndirməni yerinə yetirmək;
k) Avadanlıqlara baxış ,sınaq və profilaktik təmir işlərini etmək

Tələb olunan təhsil və biliklər:

- Mühəndislik ixtisası üzrə ali təhsil; Və ya bu sahədə 5 ildən artıq təcrübə varsa Ali təhsil ixtisas üzrə olmayada bilər
- İş təcrübəsi minimal 3il;
- Azərbaycan dilində əla yazmaq, oxumaq və fikrini ifadə etmək qabiliyyəti olmalı (İngilis və Rus dilini texniki səviyyədə bildikdə əmək haqqına müsbət təsir edəcəkdir.)
- Kompüter bacarıqları -Microsoft Office
- Vaxt və resursların planlaşdırılması kimi təşkilati bacarıqlar;
- İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, səliqəli, diqqətli, müstəqil və qrup daxilində işləmək bacarığı;

Digər tələb və şərtlər:

- Yaş həddi: 25-50 
- Əmək haqqı 1500-2000 AZN (təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)
- İş rejimi: həftədə 6 gün, 09.00-dan 17.00-dək
- Nahar şirkət tərəfindən verilir

Göstərilən vəzifə üzrə maraqlanan namizədlərdən mövzu hissəsində “İstixana Mühəndisi-Texnik" yazmaqla bu elektron poçt ünvanına CV göndərmələri xahiş olunur: info@wegrow.az

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department