Gürcüstan noyabrdan 10 şəhərə aviareysləri bərpa edir
Noyabrın 1-dən etibarən Gürcüstanın Tbilisi və Kutaisi şəhərlərindən Avropa ölkələrinə müntəzəm aviareyslər bərpa olunacaq.
ENA.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin qərarında bildirilib.
Tbilisi beynəlxlaq hava limanından Doha, Varşava, Afina, Amsterdam, Vyana, Berlin, Milan, Kutaisi aeroportundan isə Katovitsa, Vilnüs və Dortmund şəhərlərinə uçuşlar həyata keçiriləcək.