Təklif tələbdən 4 dəfə çox oldu - HƏRRAC
Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün növbəti depozit hərracında 150 milyon manat cəlb edib.
“Oktyabrın 19-da keçirilən hərracda təklif 611,1 milyon manat təşkil etsə də, Mərkəzi Bank 150 milyon manat cəlb edib. Hərrac zamanı orta ölçülmüş faiz dərəcəsi 6,01% təşkil edib”, - deyə məlumatda bildirilir.
Vəsaitlər 14 gün müddətinə cəlb edilib.
Xəbər verildiyi kimi, AMB depozit hərraclarının keçirilməsinə 2016-cı ilin iyun ayında başlayıb.*