Bu şəhər və rayonlarda da həftəsonu ictimai nəqliyyatın hərəkəti dayandırılır
Bəzi şəhər və rayonlarda xüsusi karantin rejimində əlavə şərtlərə dair Nazirlər Kabinetinin qərarında dəyişiklik edilib.
"ENA" xəbər verir ki, dəyişikliyə əsasən, Gəncə, Yevlax, Mingəçevir, Lənkəran, Şəki, Şirvan şəhərlərində və Göygöl, Samux, Sabirabad, Quba rayonlarında 17 oktyabr saat 00:00-dan 19 oktyabr saat 06:00-dək, 24 oktyabr saat 00:00-dan 26 oktyabr saat 06:00-dək və 31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılır.