Yelo Bankdan ordumuza növbəti dəstək
Yelo Bank torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda döyüşən əzmkar ordumuza dəstək aksiyası təşkil etdi.
Ordu bölmələrimizin maddi texniki təminatının yaxşılaşdırılması məqsədilə ilkin yardım üçün nəzərdə tutulan tibbi ləvazimatlar və isti geyimlər tədarük edilərək ön cəbhədə vuruşan əsgərlərimizə və hərbi hospitallara göndərilib.
Xatırladaq ki, Yelo Bank döyüşlərin ilk günlərində Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat, eləcə də, döyüşlərdə iştirak edən şəxslər və onların ailə üzvlərinə dəstək məqsədilə 50 min manat olmaqla, ümumilikdə 150 min manat vəsait ayırmışdı.
Hamı üçün çətin bu dönəmdə hər birimiz həmrəylik nümayiş etdirməli və ordumuza dəstək olmalıyıq.
Qələbə bizimdir! Qarabağ Azərbaycandır!