Koronavirusa yoluxanların yeni sayı açıqlandı - SON MƏLUMAT
Azərbaycanda koronavirus infeksiyasına 110 yeni yoluxma faktı qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə ENA.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.
COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin də sayı açıqlanıb.
Belə ki, ölkədə son sutka ərzində 5469, hazırkı dövrədək isə 1115748 test aparılıb.
İndiyədək ümumilikdə 40229 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 37954 nəfər müalicə olunaraq sağalıb, 591 nəfər vəfat edib, aktiv xəstə sayı 1684 nəfərdir.