ATƏT Qarabağla bağlı TƏCİLİ İCLAS keçirəcək
Bu gün ATƏT-in Qarabağda yaranmış hərbi situasiya ilə bağlı təcili iclası keçiriləcək.
ENA.az xəbər verir ki, iclasda ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik hesabatla çıxış edəcək.
İclasın Bakı vaxtı ilə saat 19:00-da başlaması gözlənilir.
Xatırladaq ki, iclasa ATƏT sədri, Albaniyanın xarici işlər naziri Edi Rama başçılıq edir.