"Nar" işçi axtarır - VAKANSİYA
Diler kanallarına dəstək və inkişafı üzrə menecer
Vakansiya haqqında
İdarə : B2C Kommersiya
Şöbə : Satış Kanallarının Strategiyası və Xidmətləri
İş qrafiki: Standart
İş müddəti : Daimi
İş yeri : Port Baku Cənub Qülləsi
Son müraciət tarixi : 02.10.2020
Sizin əsas vəzifə öhdəlikləriniz:
*Müvafiq şöbələrdən daxil olan şikayətləri araşdırmaq, təhlil etmək, Pərakəndə Satış Şöbəsinə yönləndirmək və həllinə nəzarət emək
*Diler/distributor şəbəkəsi üzrə saxtakarlıq hallarının qarşısının alınması məqsədilə müvafiq tədbirlər görmək və rəhbərliyi məlumatlandırmaq
*Aylıq satış müqavilələrinin distributor tərəfindən dövriyyəsinə və arxivə çatdırılmasına nəzarət etmək
*Satış məntəqələrinin açılıb-bağlanmasından asılı olaraq məlumat bazasını vaxtında yeniləmək
*Diler/distributor şəbəkəsinin iş prosesinin optimallaşdırılması üçün mütəmadi olaraq sistem təminatını təkmilləşdirmək
*Yeni satış nöqtələrinin sistemə daxil olunmasına nəzarət etmək
*CRM rolların (təsdiq əsasında) sistemə daxil edilməsi və ləğv olunmasına, dilerlərin müraciəti əsasında CRM şifrələrinin dəyişdirilməsinə nəzarət etmək
*Qrupun işinin yüksək səviyyədə təşkil edilməsinə mane olan proqram ləngimələrinin aradan qaldırılması üçün lazımi tədbirlər görmək
*Həvalə olunmuş layihələri idarə etmək
*Həftəlik/aylıq/illik hesabatlar hazırlamaq
Sizdən tələb olunan təhsil və iş təcrübəsi:
*Ali təhsil
*Müştərilərlə Əlaqələr üzrə ən azı 4 il iş təcrübəsi (Telekommunikasiya sahəsində təcrübə üstünlük hesab olunur)
*CRM, hesabat sistemləri, təlim və layihələrin idarə olunması üzrə təcrübə
*Komanda idarə olunması üzrə təcrübə
Sizdən tələb olunan bacarıq və səriştəliklər:
*Müştəriyönümlü
*Komanda işi və əməkdaşlıq
*Nəticəyönümlü
*İdarəetmə qabiliyyəti
*Analitika qabiliyyəti
*Azərbaycan və İngilis dillərini səlis bilmək (Rus dili biliyi üstünlük hesab olunur)
*MS Office proqramlarını mükəmməl bilmək
Müraciət etmək üçün
CV-nizi hr@azerfon.az e-mail ünvanına göndərməyinizi xahiş edirik.
Mövzu hissəsində “Diler kanallarına dəstək və inkişafı üzrə menecer” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.