Bank

Mərkəzi Bank valyuta ehtiyatlarının yeni məbləğini açıqladı

Azərbaycan Mərkəzi Bankı Noyabr ayının sonuna olan valyuta ehtiyatlarının məbləğini açıqlayıb.

"BI" xəbər verir ki, 30 Noyabr 2018-ci il tarixində Mərkəzi Bank 5 milyard 590.9 milyon dollar valyuta ehtiyatına malik olub. Bu, Oktyabr ayının sonu ilə müqayisədə 54,5 milyon dollar çoxdur. 

Ötən ilin sonu ilə müqayisədə Mərkəzi Bankın valyuta ehtiyatları 1 milyard 263,7 milyon dollar və ya 22,6% artıb.



 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department