Sosial iqtisadiyyat

Azərbaycanlı milyarderin Göyçaydakı şirkəti yığıncaq keçirəcək

Noyabrın 6-da, saat 16:00-da Teymur Əmrahov adına “AzNar” QSC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

ENA.az xəbər verir ki, yığıncaq səhmdar cəmiyyətinin yerləşdiyi Göyçay şəhəri, Natavan küçəsi, 120 ünvanında olacaq.

Yığıncağın gündəliyinə şirkətin 2019-cu il üzrə maliyyə hesabatının təsdiq edilməsi, səhmdarlara dividend ödənilməsi, nizamnamə kapitalının nəzərdən keçirilməsi, Direktorlar Şurasının və icra orqanının tərkibinə yenidən baxılması, cəmiyyətin nizamnaməsinin yeni redaksiyasının müzakirə olunması məsələləri daxildir.

Xatırladaq ki, "AzNar"2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 30 milyon manatdan bir qədər çoxdur. Müəssisənin əsas səhmdarı Azərbaycan əsilli Rusiyalı iş adamı Fərhad Əhmədovdur. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)