Technoil işçilər axtarır - VAKANSİYA
Merçendayzer
Vəzifə öhdəlikləri:
- Satış Nöqtələrində vitrinlərdə məhsulları Şirkətin təyin etdiyi standartlara uyğun yerləşdirmək, məhsul düzülüşünə nəzarət etmək, məhsul mövcudluğunu və təmizliyini təmin etmək;
- Satış Nöqtələrini Şirkətin məhsullarına, qiymətlərinə, satış stimullaşdırıcı kampaniyalarına dair məlumatlandırmaq;
- Satış Nöqtələrində məhsul tanıtım (reklam) imkanlarını müəyyənləşdirmək, reklam materiallarının düzgün yerləşdirilməsini təmin etmək;
- Satış Nöqtələrindən rəqib markalara dair məlumatları toplamaq və hesabat formasında struktur bölmə rəhbərinə təqdim etmək;
- Satış Nöqtələrindən müştərilərə dair məlumatları təhvil almaq;
- Ehtiyac olduqda Satış Nöqtələrindən məhsul sifarişinə dair məlumat almaq və bu məlumatları təsdiqlənməsi üçün Satış Operatoruna təqdim etmək;
- Satış Nöqtələrinə promo məhsulların, marketinq materialların və hədiyyələrin çatdırılmasını təmin etmək;
- Müəyyən edilmiş rut üzrə Satış Nöqtələrini ziyarət etmək;
- Əmək funksiyalarına və struktur bölmə rəhbərinin verdiyi tapşırıqlara uyğun görülən işlərin nəticələrinə dair həftəlik, aylıq və illik əsasda hesabat hazırlamaq, rəhbərə təqdim etmək;
- Struktur bölmə rəhbərinin verdiyi digər tapşırıqları yerinə yetirmək.
Vəzifəyə olan Tələblər:
- Ali və ya orta ixtisaslı təhsil
- Cins – kişi
- İş satjı : 1 ilədək
- Yaş həddi : 25-40
- Sürücülük vəsiqəsi : B kateqoriyası
Vəzifədən irəli gələn səriştələr:
- Yüksək ünsiyyət bacarığı
- Stresə və iş yükünə davamlılıaq
- Aktivlik və çeviklik
- Səliqəlilik
- Nizam-intizam
Əmək şəraitinin şərtləri:
- İş qrafiki: I-V günlər, 09:00-18:00
- İşə qəbul AR ƏM əsasında
- Nahar və korporativ nömrə şirkət tərəfindən təmin edilir
- Əmək haqqı : 500 AZN (Net)
Xahiş edirik, mövzu hissəsində “Merçendayzer” yazaraq, öz CV-lərinizi Azərbaycan dilində (foto ilə) hr@technol.az e-poçt ünvanına göndərəsiniz.
Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
***
Satış Operatoru
Vəzifə öhdəlikləri:
- Satış Nöqtələrindən sifarişləri qəbul etmək
- Sifarişləri qeydiyyata almaq
- Elektron mağazanın sifarişlərini idarə etmək
- Satışla bağlı dövrü (gündəlik, həftəlik, aylıq) hesabatları hazırlamaq
- Merçendayzerlərdən məhsul sifarişinə dair daxil olan məlumatları Satış Nöqtələri ilə əlaqə saxlayaraq dəqiqləşdirmək və realizə edilməsini təmin etmək
- Şirkətlə əməkdaşlıq edən Satış Nöqtələrinin və müştərilərin verilənlər bazasını formalaşdırmaq və daim yeniləmək
- Tərəfdaşlar və müştərilər üçün keçirilən tədbirlərin təşkilində iştirak etmək
- Əmək funksiyalarına və struktur bölmə rəhbərinin verdiyi tapşırıqlara uyğun görülən işlərin nəticələrinə dair həftəlik, aylıq və illik əsasda hesabat hazırlamaq, rəhbərə təqdim etmək;
- Struktur bölmə rəhbərinin verdiyi digər tapşırıqları yerinə yetirmək.
Vəzifəyə olan Tələblər:
- Ali təhsil
- Cins – qadın
- Riyazi biliklər
- Kompüter bilikləri
- Zəng mərkəzi və ya müştəri xidməti sahəsində minimum 1 il iş təcrübəsi
Vəzifədən irəli gələn səriştələr:
- Yüksək ünsiyyət bacarığı
- Səlis nitq qabiliyyəti
- Stresə və iş yükünə davamlılıaq
- Nizam-intizam
Əmək şəraitinin şərtləri:
- İş yeri Bakı şəhərində yerləşi
- İş qrafiki: I-V günlər, 09:00-18:00
- İşə qəbul AR ƏM əsasında
- Nahar və korporativ nömrə şirkət tərəfindən təmin edilir
- Əmək haqqı : 450 AZN (Net)
Xahiş edirik, mövzu hissəsində “Satış operatoru” yazaraq, öz CV-lərinizi Azərbaycan dilində (foto ilə) hr@technol.az e-poçt ünvanına göndərəsiniz.
Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.