Anbarlar üzrə menecer tələb olunur - MAAŞ 1500-2000 MANAT
Azerbaijan Fish Farm
Anbarlar üzrə menecer
Əsas vəzifə öhdəliklər:
• Malların qəbulunun, anbarlanmasının və yerdəyişməsinin koordinasiyası
• Anbar heyətinin idarə edilməsi
• Aylıq, rüblük, illik anbar hesabatların hazırlanmasının təşkili
• Anbarda yükləmə və boşaltma işlərinin normalara müvafiq təşkilinin təmin edilməsi.
• Tələb olunan saxlanma şəraitinin yaradılması
• Anbarlar arası hərəkətin təşkili
• Anbara yığılan hazır məhsulun qorunub saxlanılmasını, saxlama rejiminə riayət edilməsini, mədaxil və məxaric kimi sənədlərin verilməsi və rəsmiləşdirmə qaydalarının təmin edilməsi
• İnventarizasiya prosesinin təşkili
• Texniki təhlükəsizlik qaydalarının əməl edilməsinə nəzarət.
• Anbar qalıqlarının səviyyəsinin planlaması
• Anbar əməliyyatlarında iştirak edilməsi və daimi nəzərdə saxlanılması
Tələblər:
• Ali təhsil (maliyyə, iqtisadiyyat, menecment ixtisası üzrə olması üstünlükdür);
• İş təcrübəsi: Müvafiq sahədə minimum 5 il-dən az olmayaraq;
• Dil bilikləri: azərbaycan dili yüksək səviyyədə, rus və ingilis dil bilikləri arzuolunandır;
• Yüksək səviyyədə MS Office proqramları, xüsusilə Excel biliyi mütləqdir, 1C proqramında işləmək bacarığı;
• Təchizat zəncirinin dərin bilikləri;
• Yüksək İdarəetmə qabiliyyəti;
• Daim Ezamiyyətlərə gedə bilmək;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik;
İş şəraiti:
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• İş vaxtı: həftənin 5 günü, istirahət günü: şənbə və bazar
• Əmək haqqı: 1500-2000 AZN
Vakansiyaya müraciət üçün CV-ri “Anbarlar üzrə menecer” mövzusu ilə hr@azfish.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.