Xarici fondlar 200 milyard dollarlıq aktiv satmağa hazırlaşır
Müxtəlif ölkələrin pensiya və sərvət fondları portfellərinin yenidən tənzimlənməsi çərçivəsində bu ilin IV rübündə 200 milyard ABŞ dolları dəyərində aktiv satmağa hazırlaşır.
ENA.az xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ-ın investisiya bankı “JPMorgan Chase & Co” bəyan edib.
Məlumata görə, bu, koronavirus pandemiyası başlanandan bəri ən kəskin satış olacaq.