Qeyri-Bank

AİB Azərbaycanda inflyasiya gözləntilərini artırdı

Asiya İnkişaf Bankı (AİB) 2020-ci ildə Azərbaycan iqtisadiyyatının 4,3% azalacağını proqnozlaşdırır. 2021-ci ildə isə Azərbaycanda ÜDM-nin 1,2% artacağını proqnozlaşdırır.

"COVID-19 məhdudiyyətləri və gəlirlərin azalması 2020-ci il ərzində davam etdiyi üçün ümumi istehlakın kəskin şəkildə enəcəyini gözləyirik. Pandemiya və neft hasilatı ilə bağlı önümüzdəki aylarda ÜDM-də daha da azalma baş verəcək"- deyə qeyd edən bank Azərbaycanda inflyasiyanı 2020-ci ildə 3,8% , 2021-ci ildə isə 3,2% səviyyəsində proqnozlaşdırır. 

AİB-in proqnozlarına görə, Azərbaycanın tədiyyə balansının kəsiri 2020-ci ilin sonuna ÜDM-in 5,1% -ni təşkil edəcək, 2021-ci ildə 4,5% -ə çatacaq.

"Zəif tələb 2020-ci ilin birinci yarısında idxalı 35% azaldır, neft qiymətləri və hasilat aşağı düşür, ixracdan gəlirlər 23% azalıb və turizmdəki daralma xidmət açığını ikiqat artırır. Rusiya və Türkiyədəki artımın ləngiməsi pul köçürmələrinin azalmasına və gəlirin aşağı düşməsinə səbəb olur", - deyilir.

İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, 2020-ci ilin sonuna qədər Azərbaycanda orta illik inflyasiya 3,1% olacaqdır.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)